10 may 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Mədəniyyət
MEDIA DƏSTƏYİMİZ Mədəniyyət

“Bəşəriyyətə şölə saçan teatr günəşi” kitabının təqdimatı və müzakirəsi keçirildi (VİDEO)

1 il əvvəl 1191 01

“Bəşəriyyətə şölə saçan teatr günəşi” kitabının təqdimatı və müzakirəsi keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatı və informasiya dəstəyi ilə və Bakıdakı Rus Evinin təşəbbüsü ilə tanınmış politoloq, publisist Reyhan Mirzəzadənin böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş “Bəşəriyyətə şölə saçan teatr günəşi”  kitabının təqdimatı və müzakirəsi keçirildi.

Tədbiri əvəllində Vətənimizin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdildi.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi, AJB-nin üzvü  Lətifə Məmmədova açaraq R.Mirzəzadə haqqında məlumat verərək qeyd etdi ki, müəllif beş ildir ki, M.Ş.Vazeh adına Yasamal rayon  Mərkəzi Kitabxanasının Fəxri oxucusudur. O on beş ildən çoxdur ki, rus klassiklərinin həyat və yaradıcılığını tədqiq edir, onlar haqqında  dərin məzmunlu əsərlər yazır.  Arxiv və kitabxanalarda tədqiqatlar apararaq, R.Mirzəzadə nadir, maraqlı faktları üzə çıxararaq oxuculara təqdim edir. Tədqiqatçının əsas məqsədi gənc nəsli rus klassik ədəbiyyatı ilə, onun görkəmli nümayəndələri ilə tanış etməkdir. R.Mirzəzadə əsərlərində rus ədəbiyyatını ümumbəşəri ədəbiyyat adlandırır. O, görkəmli pedaqoqlardan – Makarenko, Suxomlinski, Çernyayevski, Uşinski haqqında kitab yazıb və bu kitab Naxçıvan MR-da 10 min tirajla nəşr olunub. Onun Qoqol, Nekrasov, Dostoyevski, Yesenin, Çernışevski, Krılova həsr olunmuş kitabları da Naxçıvan MR-da böyük tirajla nəşr olunub. R.Mirzəzadə 40-dan çox rus yazıçı və şairləri haqqında monoqrafiyalar yazıb. O, Rusiyada yaşayan xalqların şairlərinin yaradıcılığı ilə də məşğul olub: tatar şairi Musa Cəlil, yəhudi əsilli K.Çukovski və S.Marşak, avar şairi R.Həmzətov. Bu gün oxuculara təqdim olunan kitab A.N.Ostrovski haqqındadır. Kitabda dramaturqun yaradıcılığı geniş təhlil olunub. Müəllif qeyd edir ki, Ostrovskinin əsərləri hələ XIX əsrdə Azərbaycan dilinə tərcümə olunmuşdur və onun pyesləri Azərbaycan teatr səhnələrində tamaşaya qoyulmuşdur. Kitabda Ostrovskinin Bakı səfəri haqqında maraqlı məlumatlar var.

Yazıçı, publisist, kitabın ön sözünün  müəllifi Zöhrə Əsgərova çıxışında qeyd etdi ki,  bu gün biz Aleksandr Ostrovskinin yaradıcılığı ilə daha yaxından tanış olduq. Reyhan Mirzəzadə böyük yaradıcılıq axtarışındadır və bu işin öhdəsindən çox gözəl gəlir. Rus yazıçıları onun qələmi sayəsində  ikinci dəfə həyat yaşayır. Müəllif qeyd edir ki, Ostrovski təkcə pyeslər yazmırdı, onun başqa bir cəhəti də var idi. Ostrovski hüquq fakültəsində təhsil almışdı və bir müddət məhkəmələrdə işləmişdi. O, xalqının mənəviyyatını zənginləşdirmək istəyirdi, xalqı oyatmaq istəyirdi, xalqa xidmət edirdi. O bütün varlığı ilə teatra bağlı idi. Teatr hər bir xalqın məbədidir. Teatr kütləni xalqa çevirir. Teatr xalqın mədəniyyətinin təzahürüdür. A.N.Ostrovski demişdi: “Ya est teatr”. O teatr yaradanda həm də aktyor ansanblı da yaratdı və onların maddi tərəflərini təmin etdi. Bütün bunları R.Mirzəzadə kitabında təsvir edib. Nə yaxşı ki, Ostrovski var, o öz həyatını xalqa həsr etdi. Sənətkar ölsə də ölməzliyə qovuşdu.

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini Valentina Reznikova  çıxışında qeyd etdi ki, A.N.Ostrovski bütün dünyaya yaradıcılığı ilə pəncərə açan rus dramaturqudur. Ostrovski deyirdi: ”Mənim vəzifəm rus dramaturgiya sahəsinə xidmət etməkdir”. Onun bir komediyası I Nikolayın göstərişi ilə qadağan edilmişdi. O, pyeslərində insan xarakterini təsvir edirdi. Son 100 ildə onun əsərləri 77 dəfə bizim teatrda tamaşaya qoyulub, səhnələşdirilib. Ostrovski 1883-cü ildə Bakıya gələlərək burada 4 gün qalıb. Dramaturq gündəliyində Bakı haqqında maraqlı qeydlər etmişdir: ”Mən dünyanın heç bir yerində Bakı kimi şəhər görməmişəm, insanları isti qəlblidir. Bakı küləyini çox sevdim”. Çıxışının sonunda o dedi ki, yaxın günlərdə Ostrovskinin əsərləri yenə də  teatrda tamaşaya qoyulacaq.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru, əməkdar artist Nofəl Vəliyev çıxışında bildirdi ki,   müasir teatrda aktyorlar klassiklərin əsərlərini tamaşaya qoyarkən libaslarını dəyişirlər. Yəni indiki geyimlərlə klassiklərin əsərləri oynanılır. Klassik yazıçılarımız keçmiş əsrlərdə yaşasalar da, onların pyeslərindəki fikirləri müasirləşdirirlər.

Azərbaycan Akademik Musiqili  Teatrın aktrisası, əməkdar artist Nərgiz Kərimova məlumat verdi ki, musiqili teatrda rus dilində Ostrovskinin ”Cehizsiz qız“ pyesi tamaşaya qoyulub və tamaşa gözlənilməz nüanslarla zəngin,  bir qədər də fərqlidir. Ostrovski bu əsərində qadın ürəyini açıb. N.Kərimova royalda ”Cehizsiz qız“ tamaşasından ariyanı   ifa etdi.

“Mədəniyyət” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçısı, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva Azərbaycanda hər zaman xalqlar arasında əlaqələr gündəmdə olub. Mənim atam Azərbaycan-özbək əlaqələrini tədqiq edib. Mən şadam ki, Azərbaycan xalqı müdrik nümunələrimiz olan klassik irsə müraciət edir. Hər bir millətin dünyəvi ideyalara ehtiyacı var. Rus klassiklərinin əsərlərini tamaşaya qoyan zaman rejissor və aktyorlar R.Mirzəzadənin kitablarına dönə-dönə müraciət edəcəklər, bu kitablar uzun illər aktual olacaqlar. Azərbaycan-rus ədəbi əlaqələri yönündə görülən əsas işlərdən biri də sizin yazdığınız kitablardır.

Yazıçı, jurnalist, filologiya elmləri doktoru Fazil Abbasov vurğuladı ki, belə kitabların yazılması və bu cür tədbirlərin keçirilməsi ilə biz  öz ənənələrimizə sadiq olaraq Rusiya-Azərbaycan əlaqələrini daha da möhkəmləndiririk. Azərbaycan roman janrının inkişafinda rus ədəbiyyatının böyük rolu vardır. Belə bir çətin vaxtda R.Mirzəzadə çox böyük bir nümunə göstərərək xalqlar arasında ədəbi əlaqələri möhkəmləndirir. Bu gün çöhrələrin cəm olunduğu gündür. Bu mötəbər gündə müəllif  Ostrovski yaradıcılığına bizi təlqin edir, bizə bəşəri duyğuları göstərir. Yaradıcı adamın qəlbi nurlu, işıqlı olur. Arzu edirəm ki, R.Mirzəzadə bu mötəbər işinə, axtarışlı yaradıcılığına görə layiqli adını alsın və biz onun işıgına toplaşaq.

N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeynin  şöbə müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva xatirələrini bölüşərək qeyd etdi ki, R.Mirzəzadə ilə onun ilk görüşü pandemiya vaxtına təsadüf etmişdir. O zaman müəllif S.Yeseninin yaradıcılığına həsr olunmuş əsər yazmışdı. Mən inanıram ki, Reyhan xanımın yaradıcılığı daha da genişlənəcək və onun apardığı tədqiqatlar, yazdığı kitablar klassiklərin həyatını, yaradıcılığını yenidən canlandıracaq.

Şair, pedaqoq Zöhrə Məhəmmədova R.Mirzəzadənin   “Bəşəriyyətə şölə saçan teatr günəşi” kitabını yüksək qiymətləndirərək, onun əhəmiyyətindən danışdı və qeyd etdi ki, kitabda Azərbaycan teatr səhnəsi ilə bağlı çoxsaylı tarixi və maraqlı fotolar var. O, R.Mirzəzadəyə həsr etdiyi yeni şeirini səsləndirdi.

Tədbirin sonunda R.Mirzəzadə çıxış edərək qeyd etdi ki, bu gün bizim bir gözümüz gülürsə, bir gözümüz ağlayır. Düşmən bilməlidir ki, biz qəhrəmanlıq tariximizi yaşayırıq. Bu çətin vaxtda mən ədəbiyyat mövzusuna niyə toxundum? Son 15 ildə mən gördüm ki, müasir gənclər dünya ədəbiyyatını kifayət qədər mütaliə etmirlər, rus ədəbiyyatına da çox ciddi yanaşmırlar. Çernyayevski Mərəzədə ilk Azərbaycan məktəbini açıb və azərbaycanlı balalarını təhsilə cəlb edib. Mirzə Kazım bəyin sevdiyi L.N.Tolstoyu necə yaddan çıxarmaq olar? Nəcəf bəy Vəzirov, Əbdülrəhim bəy Haqverdiyev ilk dəfə rus teatrının ənənələrini Bakı teatrına gətirdilər. Mən araşdırarkən gördüm ki, Nəcəf bəy Vəzirov Moskvanın teatr mühiti, klassik rus dramaturqlarının yaradıcılığı ilə yaxından tanış olmuşdu. Milli teatrımız rus teatr ənənələrinə müraciət edib, 150 il bundan öncə Azərbaycan teatrı yarananda rus teatr məktəbindən bəhrələnib. Ostrovski saxtakarlığı, hiyləgərliyi, tamahkarlığı, yalanı, fırıldaqçılığı, oğurluğu, xəsisliyi görüb və pyeslərindəki obrazlarda bunları üzə çıxarıb. Onun əsərlərindəki hadisələr bugünümüz ilə üzləşir. Dramaturq əsərlərində rus qadınını sədaqət rəmzi kimi göstərir, bəşəriyyət qadınını göstərir. Bu gün A.N.Ostrovski, A.S.Puşkin, L.N.Tolstoy, N.V.Qoqol, A.P.Çexov, M.Qorki, F.M.Dostoyevski dünyanın sərvətinə çevrilib. Nizami Gəncəvi, M.Füzuli, M.F.Axundzadə, C.Cabbarlı sevilən qədər, Ostrovski də sevilir. Onların həyat və yaradıcılığı bir məktəbdir.

Tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında A.N.Ostrovskinin “Tufan” dramından parça nümayiş etdirildi (bədii rəhbər əməkdar artist Nofəl Vəliyev). Nizami rayonunun məktəbliləri Cahid Ağalarov və Raul Atəşin ifasında A.N.Ostrovskinin şeirləri səsləndirildi.

Tədbir iştirakçılarına “A.N.Ostrovski yaradıcılığı” film (ssenari müəllifi və rejissor R.Mirzəzadə) və Yasamal rayon MKS-nin hazırladığı “A.N.Ostrovski – 200” videoçarx nümayiş olundu.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com