01 iyul 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
1. Ana Səhifə
2. Mədəniyyət
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA Mədəniyyət

Bahəddin Həzi: Kimsə Babək deyil. Babəkin özündən başqa

1 il əvvəl 851 01

Bahəddin Həzi:

Kimsə Babək deyil. Babəkin özündən başqa

Rasim Balayev, Babək söhbəti gündəmdən düşmədi ki, düşmədi. Hər ağızdan bir avaz gəlir.

Mən isə belə deyirəm: kimsə kinoda Babək rolunu oynamaqla Babək olası deyil. Hətta həyatda Babəkin rolunu oynayan da. Həmin şəxs hətta qalib ordunun Ali Baş Komandanı olsa belə.

Qalib komandan öz adı ilə, öz əməli ilə şəksiz qəhrəmandır onsuz da. Onun özgəsinin adına, illah da, tarixdəki yerinə nə ehtiyacı!

Tarixdə hər kəsin öz yeri var: Babəkin Babək kimi, İlham Əliyevin İlham Əliyev kimi. Eləcə də, başqa tarixi şəxsiyyətlərin hər birinin tarixdə öz yeri, xalqının könlündə, yaddaşında, ən başlıcası, Allah qatında öz mərtəbəsi var. Kimsə kiminsə adına, yerinə iddialı deyil. Belə bir iddiada olan varsa da, öz hədəfinə çata bilməyəcək.

Amma günün mövzusuna qayıtsam, belə bir ritorik sual verəcəm: 30 il işğal altında inləyən torpaqları azad etmiş ordunun hər nəfəri qəhrəmandır, yoxsa yox?! Deyəcəksiniz ki, bəli, əlbəttə, qəhrəmandır!

Çox doğru!

O zaman ikinci ritorik sualım: bu qədər qələbələr qazanmış əsgər, zabit qəhrəmandır, amma ona döyüş əmri verən Komandan qəhrəman deyil?!

Hə, kimsə kimisə daxili siyasi müstəvidə antiqərəman kimi görə bilər. Amma bu, o şəxsin döyüşdəki qəhrəmanlığını şübhə altına almır. Bir də hər kəsə öz dəyərini, hər əmələ öz qiymətini verəcəksən. Bu qədər sadə!

...Universitetdə oxuyanda bizə rus ədəbiyyatından dərs deyən dosentlə dava səviyyəsində mübahisəmiz olmuşdu.

"Biz Mirzə Ələkbər Sabiri böyük şair sayırıq, ancaq Blok hara, Sabir hara?!"- deyib kinayəli gülmüşdü.

Mən, təbii ki, bu müqayisəyə etiraz etmişdim, sonra da universitetin qəzetində kiçik bir yazı yazmışdım. Həmin yazıdakı bir cümlə mənə dərs deyən müəllimlə davamıza səbəb olmuşdu ki, bu da semestrin sonunda qiymət kitabçamda öz "qiymətini" aldı (olsun, məni ədəbiyyat müəllimindən deyil, Ədəbiyyatın özündən aldığım qiymət maraqlandırırdı. Tarix fənnindən aldığın qiymətlə sinifdən sinifə, kursdan kursa keçərsən, Tarixdən aldığın qiymətlə isə Tarixə keçərsən. O misal).

Həmin kiçik yazımda müəllimi cin atına mindirən cümlə beləydi: "Gərək hansı səviyyədə filologiya dosenti olasan ki, bir satiriklə bir romantiki müqayisə edib, onlardan birinin daha yaxşı şair olduğu qənaətinə gələsən?!"

Bəli, bir çox hallarda təsbitlərimiz yanlış olunca, təşbehlərimiz ondan da betər yanlış olur. Bizim toplum qavrayışımız emprikdir deyə hər kəsin mütləq bir bənzərini, daha doğrusu, eynisini ya həyatda, ya yaddaşda axtarırıq.

Niyə axı?! Hər kəs öz tarixi hücrəsində rahatdır, öz eksklüzivliyi ilə maraqlıdır. Hər kəs öz yerində möhtərəmdir. Ya da möhtəşəmdir; Mirzə Ələkbər Sabir satirik kimi, Aleksandr Blok romantik kimi...

Rasim Balayevin qurduğu cümləyə və cümlə-camaat tökülüşüb onu "linç" edənlərə gəlincə, biz axı fikir azadlığının aşiqləriyik. Sizin doğru bildiyiniz fikir necə azaddırsa, başqasının yanlış saydığınız fikri də azaddır. Hər cür fikrin (əgər o qanunla qadağan olunmayıbsa) ifadə olunmaq azadlığı var. Qanunla qadağan olunan fikirlərin dairəsi məlumdur: terroru, terrorçuluğu dəstəkləyən, irqi, milli, dini və sair əlamətlərə görə ayrı-seçkiliyi, dözümsüzlüyü təbliğ, təlqin edən çağırışlar...

Bir yaraşıqlı kişini Alen Delona bənzədincə, o zat mütləq dönüb Alen Delon olur?! Yoxsa bir gözəl qadına: "Sofi Lorenə bənzəyirsiniz" deyə iltifat edincə, o xanım dərhal Sofi Lorendir?!

Amma, məsələn, biri məni Otto Latsisə bənzətsə, qürur duyaram, "Sən Latsissən" desə... Yox, incimərəm. Ancaq qəbul da etmərəm. Çünki Latsis boyda publisist deyiləm.

Gündəlik həyatımızda, ünsiyyət etiketimizdə belə hallar olur: xoş sözlər deyirik, xoş bənzətmələr, əzizləmələr edirik. Qədərində olduqca, bunlar gözəldir. Hətta yaşamımızın rəngləri, ilmələri, naxışlarıdır.

Amma...

Sosial mediaya baxıram: hər kəs başqasının ağzını güdür (hələ başqa yerlərini demirəm). Hamı bir-birini təhqir və təhdid edir. Durmadan aqressiya "vulkanları" püskürür sosial ortamda. Hər kəs bir şəkildə bu "şavaş meydanında" başqasını tapdayaraq, əzərək öz "qələbəsini" axtarır.

Bəli, demək olar ki, hər kəs! Özünü dünyanın mərkəzi sayıb, hər kəsə yuxarıdan aşağı baxan ümidsiz narsistlərdən tutmuş, hamının xoşuna gəlməyə çalışan naşı ictimai "artist"lərə qədər...

Başqasının ölümünə sevinənlər belə var.

Hamı olmasa da, çoxu bir-birini aşağılamaqla yuxarı qalxmağa çalışır.

...Gözümün qabağına qarnını doyurmaq üçün öz doğma balalarını yeyən və göz yaşı axıdan məşhur Kayman timsahı gəlir. Ya da su boğazına çıxanda balasını ayağının altına alan meymun...

Doğrudanmı, Darvin haqlıydı?!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com