Belarus Yazıçılar Birliyindən Kamran Nəzirliyə TƏBRİK
İyunun 19-da görkəmli qafqazlı yazıçı, tərcüməçi, jurnalist, filosof, Azərbaycan Respublikasının ictimai xadimi Kamran Nəzirli altmış beş yaşını qeyd etdi.
Kamran Nəzirlinin xidmətləri ən geniş beynəlxalq miqyasda tanınıb. Onun kitabları, hekayələri, pyesləri, məqalələri Azərbaycanla yanaşı, Rusiya, Belarus, Türkiyə, Ukrayna, ABŞ, Hollandiya, Cənubi Koreya, Rumıniya, Moldova, Özbəkistan, Gürcüstan və digər ölkələrdə çap olunub. Ədəbi xidmətlər Rəsul Rza adına Beynəlxalq Mükafat, “Bakinets” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin “Humay” mükafatı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatı, Jurnalistlər Birliyinin Zərdabi, Belarus beynəlxalq ədəbi mükafatı olan "Doğma ev" mükafatı ilə təltif edilib, dəfələrlə müxtəlif ədəbi müsabiqələrin qalibi olmuşdur. O, Herman Melvilin “Mobi Dik” romanını Azərbaycan dilinə tərcümə etdiyinə görə ABŞ səfirliyi tərəfindən xüsusi mükafat alıb.
Məhz Kamran Nəzirlinin sayəsində Azərbaycan oxucuları dünya ədəbiyyatı klassiklərinin, o cümlədən Cek Londonun, Oskar Uayldın, Con Qalsuorsinin, Mark Tvenin, Marqaret Mitçelin, Anton Çexovun, Vasili Şukşinin əsərləri ilə ana dilində tanış olublar. Belarus yazıçıları Nikolay Çerqinets, Ales Karlyukeviç, Anatoli Matviyenko, Ales Badak, Georgi Marçuk və bir çox başqalarının əsərlərinin tərcüməsi və Azərbaycanda nəşr olunmasında onun xidmətləri əvəzsizdir.
Xarici dilləri mükəmməl bilən Nəzirli Azərbaycan və Türkiyənin ən yaxşı şairlərinin əsərlərindən ibarət Antalogiyanı ingilis dilinə tərcümə edib.
Bir yazıçı və ictimai xadim kimi o, dəfələrlə Dağlıq Qarabağ problemi ilə bağlı çıxış edib, onun balanslı və konstruktiv mövqeyi, şübhəsiz ki, münaqişənin həllində irəliləyişlərə təsir göstərib.
Kamran Nəzirlinin altmış beş illik yubileyinə şən əhval-ruhiyyədə, yaradıcılıq gücü və ilhamla dolu gəldiyini qeyd edən belaruslu həmkarları yazı yazaraq cansağlığı, gələcək uğurlar arzulayır və günün qəhrəmanının bundan sonra da yaxşı dost olaraq qalacağına ürəkdən ümid edirlər. Belarusların və onun mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri xalqlarımızı daha da yaxınlaşdıracaqdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.