HÜMBƏT QULİYEV:
Skamyada qalan xoşbəxtlik (novella)
Dəmiryol vağzalında oturub qatarımı gözləyirdim. Məndən bir az aralıda bir qızla, bir oğlan oturmuşdu. Bir yerdə deyildilər, sadəcə yanaşı oturmuşdular. Fikrimdə onları biri- birinə yaraşdırdım. Hər ikisinin çöhrəsində sevgi işığı vardı.
Qızın telefonuna zəng gəldi, o, ekrana baxıb ayağa qalxdı, mən tərəfə bir neçə addım atıb sağ əlini ağzına yaxınlaşdırıb yavaşca dedi: -Hə, ana, vağzaldayam. Hər şey yaxşıdır. Qız geri baxmadan perrona tərəf getdi. İndi zəng oğlana gəldi. O da ekrana baxıb telefonunu qulağına yaxınlaşdırdı, mənim istiqamətimdə gələrək, qızın dediyi cümlələri eynilə təkrar etdi: -Hə, ana vağzaldayam. Hər şey yaxşıdır.
Gözlərim bir az qabaq hər iki gəncin oturduğu skamyaya sataşdı. Skamyanın üstündə xoşbəxtlik qalmışdı. Xoşbəxtliyi tez götürüb perron istiqamətində gedən oğlana yaxınlaşdım. Cavan oğlan, bu xoşbəxtlik sizin oturduğunuz skamyada qalıb, sizin deyil ki?
O, təəccüblə əvvəl mənə, sonra xoşbəxtliyə baxdı. Yox, dedi, birinci dəfədir ki, görürəm.
Xoşbəxtliyi götürüb qatara doğru addımlayan qıza çatdım. Bağışlayın, bu xoşbəxtlik sizin oturduğunuz skamyada qalıb, sizin deyil ki?
O da təəccüblə əvvəl mənə, sonra xoşbəxtliyə baxdı. Yox, dedi, mənim deyil. Arxadan gələn oğlan bizimlə bərabərləşəndə onu saxladım. Onlar bir birinə, mənə və əlimdəki xoşbəxtliyə baxdılar.
Dedum: -Dostlar, bu sizin ikinizin xoşbəxtliyinizdir. O, sizi seçib və gəlib aranızda oturmuşdu. Götürun, bu sizindir, onu yalqız buraxmayın.
Xoşbəxtliyi qıza verib, dedim ki, qoy sizdə qalsın. Oğlana dönüb əlavə etdim;-qoy qız xobəxtliyi, sən də qızı qoru, bil ki, xoşbəxtliyin həmişə onda olacaq. Onlar bir- birinə baxıb gülümsədulər. Mən də gülümsəyərək onlara dedim; - çalışın ki, xoşbəxtliyinizi daha heç vaxt itirməyəsiniz…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.