10 may 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

AĞALAR  İDRİSOĞLU: TAYQULAQLAR  ÖLKƏSİ

2 il əvvəl 916 01

AĞALAR  İDRİSOĞLU: TAYQULAQLAR  ÖLKƏSİ

(hekayə)

Dünyanın ən axarlı-baxarlı, torpağının altı da, üstü də böyük sərvət olan  Masalyan adlı ölkəsinə Böyük Yaradan bütün nemətləri versə də, amma həmin ölkənin adamlarını bir şeylə zəlil eləmişdi. Bu ölkəyə çox əzazil, qaniçən bir hökmdar bəxş eləmişdi. Bu ölkədə yaşayan ulular bu cənnətməkan yerə Masalyan  adı vermişdilər. Yəni nağıl, axar-baxarlı, cənnətməkan ölkə. Amma bu hökmdarın vaxtında Masalyan  olmuşdu ən qorxulu, ən bədbəxt bir ölkə. Çünki hökmdar əsəbləşəndə ayrı-ayrı rənglərdə olan hər iki gözü elə bil ki, alov saçırdı. Rəngi tam bilinməyən sifəti çox eybəcər bir hala düşürdü. Deməli, həmin vaxtı kimsə hökmən asılmalı və ya öldürülməli idi. Hökmdarın da hər gün demək olar ki, gözləri ən azından iyirmi-otuz dəfə belə alov saçır və sifəti də elə o qədər rəngini dəyişidi. Buna görə adamlar qorxudan evlərindən bayıra çıxmırdılar ki, hökmdar onları görüb, o dünyaya göndərər...
Bir gün hökmdar saraydakı şəxsi dəlləyinin  yanında saçını qırxdırır və saqqalının tükünü azaltdırırdı. Bu vaxt  baş vəzir gəlib dedi:
- Hökmdar sağ olsun. Sarayın yanından beş qadın keçir və əllərilə sarayı göstərib, yanlarında olan uşaqlarına nə isə deyib, gülürlər. Sonra da sarayın qarşısında asılmış sizin böyük, nəhəng  portretinizə yaxınlaşıb, gah sağdan, gah soldan portretə baxdılar. Sonra dodaqlarının altında nə isə dedyib getdilər.
- Nə dedilər?
- Hökmdar sağ olsun, eşitmədim. Amma ağızlarını açmaqlarından başa düşdüm ki, nə isə yaxşı söz demədilər... Çünki sizin portretə baxıb, uşaqlarının və özlərinin əyinlərindəki cırıq paltarları və əllərində tutduqları bir tikə çörəyi göstərirdilər...
- Dedin neçə qadındı?
- Beş qadın və on uşaq.
- Hamısı asılsın!
Dəlləyin yadına düşdü ki, bu beş qadından dördü onun bacıları və biri isə arvadıdır. Onlar bura ona görə  gəliblər ki, dəllək pul versin və gedib bazarlıq eləsinlər. Hömdarın bu sözlərini eşidən dəlləyin əli əsdi və  qorxudan iti ülgüclə  onun qulağını kəsdi. Hökmdarı qan götürdü.  Onun haray-həşiri qopdu. Çünki ilk dəfə idi ki, hökmdarla belə dəhşətli hadisə baş verirdi. Həmişə yağ-böyrək içində böyüyən hökmdarın bu vaxta qədər heç əlinə tikan belə batmamışdı... Hökmdarın səs-küyündən baş vəzir  də sarısını uddu... Sarayın eşik ağası və başqa əyanlar da səs-küyə ora gəldilər. Çoxlu təbiblər gəldi. Hömdarın qulağını yerinə tikə bilmədilər ki, bilmədilər. Çünki qulaq çox kəsilmişdi. Təbiblər məşvərət aparıb, belə qərara gəldilər  ki, hökmdarın  həmin qulağı kəsilməlidir. Çünki qulağı günü-gündən şişir və iltihab verirdi. Hökmdarın qulağı ağrıdıqca gözləri alov saçır və sifətinin  rəngi tez-tez dəyişirdi...
Beləliklə, dəllək, onun bacıları, arvadı, uşaqları hamısı asılmış və hətta onlara yaxın olanlar da hökmdarın qəzəbinə tuş gəlmişdi...
Təbiblər tam  başa düşdülər ki, əgər belə getsə, bu ölkədə daha adam qalmayacaq. Hətta tezliklə onlar özləri də asılacaq... Ona görə də bir təbib  xalqın qanının arasına girib, öz  boynuna götürdü ki, hökmdarın həmin yaralı  qulağını kəssin. Ona yuxu dərmanı verib, yatızdırdılar və qulağını kəsdilər. Hökmdar ayılanda qulağının birinin olmadığını görüb, çox əsəbiləşdi və qeyzlə soruşdu:
- Bunu kim kəsib?
- Mən kəsmişəm böyük hökmdar. Əgər qulağınız kəsilməsəydi, çirk qana işləyəcəkdi və sonda siz...,- deyə cavan həkim qorxudan sözünün sonunu deyə bilmədi.
- Bunun öz qulağını da kəsin,- deyə hökmdar əmr verdi. Qoy görsün ki, tayqulaq olmaq nə deməkdir.
Beləliklə, həmin cavan həkimin də qulağını kəsdilər. Bir müddət sonra hökmdarın qulağının yeri sağaldı. Baş vəzirin ona nə isə qıyğacı baxdığını görən və həmin qadınlarla bağlı sözləri məhz ona çatdıraraq, onu qeyzləndirən baş vəzir olduğunu yadına salan hökmdar əmr elədi ki, baş vəzirin də bir qulağını kəssinlər. Baş vəziri sürüyə-sürüyə aparıb, qulağının birini kəsdilər. Qulağının yeri sağalan baş vəzir saraya gələndə, əyanların ona qıyğacı baxdığını, gülümsündüyünü  görüb, əsəbiləşdi. Hömkdarın yanına gəlib dedi:
-Hökmdar sağ olsun. Əyanlar sizə və mənə baxıb, rişğəndlə gülürlər ki, bizim hər ikimizin bir qulağı yoxdur. Deyirlər ki, belə tayqulaq adamlar ölkəni necə idarə eləyə bilər? Eşitmişəm hətta bu əyanlar  danışırlar ki, gəlin bu tayqulaqların  hər ikisini öldürək. Tayqulaqlardan hökmdar və baş vəzir olmaz.
- Necə? Məni öldürmək istəyirlər?!
- Bəli, hökmdar. Elə deyirlər. Hətta bu axşam bizim hər ikimizi öldürməyi planlaşdırıblar.
- Təcili bütün əyyanların hamısısnın bir qulağı kəsilsin, - deyə  başdan qıvraq, heç nəyi ölçüb-biçməyi bacarmayan, hər deyilən şeyə o dəqiqə inanan ipləmə, bambılı hökmdar əmr verdi.
Əyyanlardan yanıqlı olan fərraşlar təcili onları sürüyə-sürüyə aparıb, hamısısnın bir qulağını kəsdilər...
Qulaqları sağalan  tayqulaq əyyanlar adamların arasına çıxanda, hamının onlara qıyğacı baxdığını, arxalarınca güldüklərini gördülər. Bu, onlara pis təsir elədi. Onlar gəlib, gördüklərini hökmdara dedilər. Bundan qeyzlənən hökmdarın gözlərindən yenə də od püskürdü. Sifətinin rəngi dəyişdi. Yekə burnu bir az da böyüdü. Əmr verdi ki, yenicə doğulan uşaqlar başda olmaqla, bu ölkədə olan bütün  uşaqların, qadınların, kişilərin hamısının bir qulağı kəsilsin.
Beləliklə, hamının bir qulağı  kəsildi...
... Hə... Mənim əzizlərim. O gündən bu ölkə daha Masalyan  yox, Tayqulaqlar ölkəsi adlandırıldı...
Bu ölkədə adamlar tayqulaq olmağa elə alışdılar ki, dünyaya gələn uşaqların elə göbəyi kəsilən kimi bir qulağını da kəsirdilər... Bunu eşidən qonşu ölkələrin adamları qorxularından daha həmin ölkəyə gəlmədilər. Çünki onlar bu ölkəyə gələndə tayqulaq kimi öz ölklərinə qayıdırdılar...
... Bir gün bir dəvə karvanı yol  azıb, bu ölkəyə gəldi. Tayqulaqlar ölkəsinin adamları bu dəvə karvanında gələnlərin iki qulaq olduğunu görüb, onlara gülməyə başladılar. Eləcə də dəvə karvanında olanlar bu ölkənin adamlarının tayqulaq olduğunu görüb, onlara güldülər... Bu gülüş bir müddət davam elədi... Və sonda bu gülüş iki qulağı olan və bu ölkəyə təşriş buyuranlara  çox baha başa gəldi. Onların da  çığırda-çığırda  bir qulağını kəsdilər...
Beləliklə, daha bu ölkəyə heç kim qorxusundan gəlmədi. Tayqulaqlar ölkəsi hamı tərəfindən, onlara yaxın-uzaq ölkələrin adamları və ümumiyyətlə insanlıq tərəfindən tam təcrid olundu. Bir ölüm kabusuna çevrildi. Hətta bu ölkədə olan bütün heyvanların da bir qulağını kəsdilər. Bundan təşvişə düşən çoxlu  vəhşi heyvanlar qorxularından həmin ölkədən qaçıb getdilər...
Tayqulaqlar ölkəsində olan bütün canlılar  yalquzaq kimi tək yaşadılar... Onlara elə gəlirdi ki, Yer üzündə onlardan başqa, onlardan ağıllı, onlardan səxavətli nə insan və nə də başqa canlılar var... Onlar öz hökmdarlarına Allah kimi sitayiş eləyir və onu  Yer üzünün əşrəfi bilirdilər. Hamı hökmdara məddahlıq eləməkçün bütün günü növbəyə dururdu... Çünki məddahlıq  eləyənə hökmdar hər şərait yaradırdı...
Tayqulaqlar ölkəsinin adamlarının  dünyanın ən müdrik adamlarından birinin dediyi bu kəlamdan  xəbəri  yox idi:  “Başqa millətlərlə təmasda olmayanlar, həbsxana şəraitində yaşayıb, özünü hamıdan ağılı, hamıdan savadlı, hamıdan səxavətli  bilirlər. Belə adamlar  Yer  üzünün ən böyük vəhşiləridi”...
Həmin zamandan Tayqulaqlar ölkəsinin tarixinə belə bir cümlə yazıldı: “ Hər bir ölkənin taleyi, xoşbəxtliyi, insanların rifahı o ölkəyə rəhbərlik eləyən birinci şəxsdən çox asılıdır və hətta həmin adamın ağlı ilə həmin ölkəyə lazım olan qiyməti  vermək  də  olar”. Tayqulaqlar ölkəsi bununla da özlərini dünyanın ən ağıllı, ən səxavətli, ən qüdrətli, ən qoçaq  adamları yaşayan ölkəsi hesab eləyirdilər...
Onlar özlərinə necə alüdə olmuşdularsa öz ölkələrində öz millətindən başqa, hətta  özgə millətlərin yaşamasını belə  istəmirdilər... İstəmirdilər...

Sumqayıt şəhəri,
07  iyun  2020- ci il. Bəzi əlavələr 23 aprel 2023-cü ildə olub.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com