10 may 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Elman Eldaroğlu: Qaraciyəri solda, ürəyi sağda olan qeyri adi azərbaycanlı...

2 il əvvəl 806 01

Elman Eldaroğlu:

Qaraciyəri solda, ürəyi sağda olan qeyri adi azərbaycanlı...

Qeyri adi insandır. Allah onu yaranışından fərqli yaradıb. Təsəvvür edin ki, on milyon əhalisi olan bir ölkədə ürəyi sağda, qaraciyəri solda olan dörd nəfərdən biridir. Üstəlik mədəsi, dalaq və böyürəkləri yüz səksən dərəcə bucaq altında ənənəvi yerindən kənara çıxmış vəziyyətdədir. Xaraktercə mülayim, davranışında mədəni, təmkinli, eyni zamanda çox dinamikdir. Daim hərəkətdə olmağı xoşlayır. İdeyaları o qədər çoxdur ki, hər birini həyata keçirə bilsəydi, ölkədə ən məşhurlardan biri olardı. Yazıb yaratmaq təşnəsi heç vaxt onu rahat buraxmır, gözəl qələmi var. İstedadı çoxşaxəlidir, amma bu xəzinəni kəşf edib, layihələrini həyata keçirməsində ona yardım etmək istəyən adam çox azdır...

Deyir ki,- “Əgər Allah təala mənə yazmaq qabiliyyəti veribsə, artıq bu, uğurdur. Sənədli film sahəsində peşəkaramsa, bu da bir uğurdur. Qaldı rəsmi göstəricilərə: Lider televiziyasında ərsəyə gətirdiyim filmlərə görə, “Zərdabi” mükafatı almışam. 2002-ci ildə Nizami Gəncəvi ili ilə bağlı Sumqayıt Dövlət Dram Teatrında dövlət sifarişi ilə şairin fikir konsepti əsasında "Xəzinə" adlı iki hissəli pritçam hazırlanıb və bu günə kimi tamaşaçıları cəlb edir. Zəfər bayramını tərənnüm edən "Missiya" qəhrəmanlıq dramım da uğurlu səhnə taleyi yaşayıb. Hər ay repertuar planına salınır. Hər iki tamaşanın rejissoru teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovdur. Gəncə Dövlət Kukla Teatrında isə əməkdar artist Fərmayıl Paşayevin traktovkasında, Zulfiyyə Əliyevanın ifasında "Dərdlərimin çamadanı" monotamaşam hazırlanıb və yüksək səviyyədə qarşılanıb. Türkiyədə də Azərbaycan tetrında səhnələşdirilən işlərim bəyənilib. Bunu hələlik sirr kimi saxlamağa üstünlük verirəm. Və bir də təmiz adımı qoruyub saxlamışamsa, bunu da bir uğur hesab edirəm...”

Haqqında söhbət açdığım Hafiz Eynullayev bir vaxtlar Nəzərli, İmamnəzərli imzaları ilə tanınsa da, bu gün Ataxanlı təxəllüsü ilə çalışır. 1966-ci il, aprelin 22-də Yardımlı rayonu, Ostair kəndində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. Mədəniyyət və İncəsənət Unuversitetini bitirərək, kütləvi tamaşalar rejissoru ixtisasına yiyələnib. 1985-1987-ci illərdə Latviyada hərbi xidmətdə olub. Hərbi xidmət vaxtı “Çasovoy Rodina” və “Za Rodina” qəzetlərində yazıları ilə çıxış edib. Hərbi jurnalistikada təhsil almaq təklifi alsa da, o, bundan imtina edib.

Tələbəlik illərindən AzTv-də süjetlər hazırlayıb. 1991-ci ildə “Azərbaycanfilm” kinostudiyasında direktorun köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Sonradan AzTv-nin “Gənclık” baş redaksiyasında, “Telefilm” yaradıcılıq birliyində redaktor, “Xəbər” xidmətində xüsusi müxbir, Sumqayıt Dövlət Dram Teatrında ədəbi işlər üzrə rəhbər, “Dünya” televiziyasında baş redaktor, “Dolab- İnterkinovideo” şirkətində baş direktor, “Lider” televiziyasında, “Azərbaycan” sənədli filmlər departamentində redaktor, baş redaktor, “İctimai Televiziya”da redaktor, “Spase” televiziyasında redaktor, “AzTv- Mədəniyyət” kanalında baş redaktor müavini vəzifələrində çalışıb. Hazırda “Dövlət Film Fondu”-nda işləyir. Eyni zamanda “Yaddaş”, “Salnamə” studiyalarında, “Butafilm” şirkətində, ADA Universitetində, DSX-da və bir çox özəl studiyalarda çəkilən filmlərin ssenari müəllifi, rejissoru, prodüseri olub. 1999-cu ildən AYB nin üzvüdür. “Yardımlı Xeyriyyə Cəmiyyəti”-nin maddi dəstəyi ilə “Başsağlığı və doğum haqqında şəhadətnamə” adlı hekayə və povestlərdən ibarət kitabı çıxıb. “Mir Cəlal dünyası" kitabını rus dilindən tərcümə edib. Ona yaxın kitabın redaktorudur, İki pyesi Sumqayıt Dövlət Dram Teatrında, bir monotamaşası Gəncə Dövlət Kukla Teatrında hazırlanıb. İki övladı, bir nəvəsi var...

Keçmişini unudan, necə deyərlər, “qınından çıxıb, qınını bəyənməyən adamlar”ı çox görmüşük. Hafiz Ataxanlı Moran sıra dağlarının qoynunda, Ostair kəndində halal süfrədə böyüdüyü üçün dogma ata-baba yurdunu heç zaman unutmur. Söhbət etdikcə keçmişə qayıdıb, orta məktəb müəllimlərini yad edir. Sinif rəhbəri İbrahim Nəbiyevi, Zakir İmanovu, Səttar Novruzovu, İsa Ağayevi, Sabir Məmiyevi, Naibxan İmanovu, o cümlədən Firsənd, Xanəhməd, Qabil, Ədalət, Sulduz müəllimləri tez-tez xatırladığını, dil-ədəbiyyat müəllimi Mehdi Həsənovu ilk ustadı saydığını deyir...

“Mənə görə müsbət fəzilətli olmaqla, davranış örnəyimlə doğulduğum Yardımlı rayonu haqqında xoş təəssürat yaratmaq da, başqa ölkədə milli dəyərlərin təəssübünü çəkməklə həm rayonuma və həm də müqəddəs Azərbaycana xidmət etmiş oluram. İşə canyanğısı, vicdanlı yanaşma, peşəkarlıq da xidmətin bir versiyasıdır. Son illər Sumqayıtda keçirilən çox tədbirlərdə, xüsüsilə Şəhidəlrlə bağlı layihələrdə moderator, təşkilatçı, ssenari müəllifi kimi iştirak edirəm.

Ədəbiyyata, qələmə vicdanla xidmət etmək mənim həyat kredomdur. Tvlərdə işlədiyim vaxtlardan üzü bəri gənclərin doğru yola istiqamətlənməsinə, püxtələşməsinə hər zaman yardımçı olmuşam. Müəllim olmasam da belə, yetişmiş tələbələrim çoxdur və onların uğuru ilə qürur duyuram. Hesab edirəm ki, milli- mənəvi dəyərlərə sadiq qalmaq, milli mədəniyyəti peşəkar formada təbliğ etmək, sözün müqəddəsliyini qorumaq xidmətdir…”-söyləyir.

Arzuları çoxdur. Onların həyata keçməsi üçün hər gün qıldığı namazda Allaha dua edir. Ən böyük arzusu isə “Azərbaycanın Əməkdar incəsənət xadimi” fəxri adını almaqdır. Amma dilinə gətirmir, təvazökarlıq edir. Plan qurmağı xoşlamır. Düşünür ki, bunu edib, Allahı özünə güldürmək istəmir. Öz planları deyil, Allahın onun üçün hansı ssenari yazdığı daha önəmlidir...

Deyir ki,- “57 yaşım var, istənilən gənclə kreativ düşüncəyə görə mərcə girə bilərəm. Axı kreativ düşüncə arzular bolluğu yaradır. Azərbaycan kinosunu “Oskar”lı görmək istəyirəm. Təbii ki, birinci növbədə müasir milli kino sənayemizin konsepsiyası olmalıdır. Əlimərdan bəy Topçubaşov haqqında ADA Universitetinin sifarişi ilə sənədli film çəkmişəm. Amma bədii filmlik materiallar və ideyalar qalıb qışqırır. Zəfər günü ilə bağlı “Payızın 44 anı” bədii filmi barədə düşünürəm. Gəncə üsyanı və Difailərlə bağlı bədi filmlərin ssenarisini yazmaq təşnəsi də məni rahat qoymur. “Mən səndən ayrılmazdım” adlı bədii filmin tretmenti hazırdır. Türkiyə ilə müştərək olmalıdır. İki qardaşdan böyüyünü Türkiyədən Mustafa Uzunlar, kiçik qardaşı Azərbaycandan Əbdülqəni Əliyevin oynaması nəzərdə tutulub. Amma təəssüf ki bu hələ bir arzu olaraq qalır. Bir də teatrlarımızda yeni bir sistemin qurulmasını arzulaylram. Teatrda menecment- prodüser sistemi qurulmalıdır. Baş prodüser olmalıdır Ədəbi hissə müdirlərinə əsər seçimi üçün sərbəstlik verilməlidir. Azərbaycanda tez-tez beynəlxalq festivallar keçirilməlidir. Amma obyektivlik birinci meyar olmalıdır. Münsifin tələbəsi və ya özəl teatr studiyası müsabiqəyə iş təqdim edibsə, o münsufdən hansı ədalətli rəy gözləmək olar? İllah da bizdə, yəni formalizm xatirinə yox, teatrın inkişafı naminə atılmalıdır bütün addımlar…”

İnanır ki, Mədəniyyət Nazirliyindən son günlərdə qeyri- peşəkarların uzaqlaşdırılması obyektiv yanaşmalara rəvac verəcək. Gənclərə tövsiyəsi isə müdrikanədir:- “Özünüzdən müştəbeh olmayın, sadə olun, amma bu, o demək deyil ki, statusunuzu, öz qədrinizi bilməyəsiniz. Mənəm-mənəm deməyin, çünki Yunus Əmrə yazırdı ki,- “Ana bətnindən gəldik bazara, kəfən alaraq dönək məzara”. Kəfən bazarlığında hansı yekəxanalığdan danışmaq mümkündür? Rəhmətlik Vaqif İbrahimoğlu demişkən, amma və lakin həm də imkan verməyin ki nadanlar at oynatsınlar…”

Qəribə hobbisi var- özü xüsusi üsulla dəmlədiyi çaydan içib, araşdırma filmlərə baxır. Üzərində işlədiyi “Katarsis” adlı fantasmoqorik xoxmanı tamamlamağa çalışır.

“Birdən elə məqamlar olur ki, uşaqlıq illərinə qayıtmaq istəyirəm. Kəndin bütün küçələri, bağ, bostan, örüş, orman, meşə, dağlar gəlir gözlərimin önünə. Yay günündə eyvanda kilimin üstündə ağzıüstə uzanıb poçtalyon İbarətin gətirdiyi qəzetləri oxuyarkən, kənardakı səsləri sanki yenidən eşidirəm. Belə kövrək məqamda Sabir Rüstəmxanlının Yardımlı ilə bağlı şeirlərini oxuyub toxtayıram…”- söyləyir. Həyatda ən çox qorxduğu şey isə məntiqsiz adamla mübahisə etməkdir...

Bəli, haqqında sevə-sevə söhbət etdiyim Hafiz Ataxanlı Allahın möcüzələrindən biridir. Möcüzə təkcə onun orqanizmindəki fərqlilikdə deyil, bütövlükdə varlığındadır...

Aprelin 22-si Hafiz Ataxanlının doğum günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...

Elman Eldaroğlu

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com