10 may 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Azərbaycan-Özbəkistan arasında kino sahəsində əməkdaşlıq, filmlərimizin qarşılıqlı olaraq telekanallarda nümayişi, birgə layihələr müzakirə olunub (FOTO=6)

2 il əvvəl 899 01

Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev Özbəkistanın Kinematoqrafiya Agentliyində olub və Agentliyin rəhbəri Firdavs Abduhalikovla görüşüb.
Görüşdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Daşkənd filialının direktoru Eldor Yuldashev, Agentlik yanında Beynəlxalq münasibətlər şöbəsinin müdiri Sayera Xudayberdiyeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov və başqa qonaqlar iştirak ediblər.
Görüş zamanı Azərbaycan və Özbəkistan kino sahəsində əməkdaşlıq, iki ölkə kinematoqrafçılarının birgə film layihəsinin reallaşdırılması, təcrübə mübadiləsi, hər il Özbəkistanda keçirilən ənənəvi “İpək yolunun incisi” adlı Daşkənd Beynəlxalq Kino Festivalında Azərbaycan tərəfinin daha geniş təmsil olunması müzakirə olunub.
Görüşdə Özbəkistanın Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduhalikov Azərbaycanla kino sahəsində əməkdaşlığa daim böyük önəm verdiklərini qeyd edərək, Özbəkistanda kino sahəsində həyata keçirilən işlər və islahatlardan danışıb.
O, 2021-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistanda “Sülh, maarifçilik və tərəqqi naminə” devizi altında 1968-ci ildə keçirilmiş Daşkənd Beynəlxalq Kino Festivalının yenidən bərpa edildiyini vurğulayıb. 2022-ci ildə “İpək Yolunun incisi” adlı Daşkənd Beynəlxalq Kino Festivalında 40 xarici ölkədən 400 kinematoqrafçı və 1500 çox tələbə iştirak etdiyini, 2023-cü ildə isə keçiriləcək XV Beynəlxalq Daşkənd Film Festivalı yubiley tədbirinin daha geniş səviyyədə təşkilinin planlaşdırıldığını qeyd edib. O, Azərbaycanla əməkdaşlığın inkişafından danışıb, həm Özbəkistanda Azərbaycan kino günləri, həm də Azərbaycanda Özbəkistan kino günlərinin uğurla keçdiyini vurğulayaraq, gələcəkdə daha sıx əməkdaşlıq üçün yaxşı imkan yarandığını söyləyib.
Firdavs Abduhalikov iki ölkənin kino fondlarının əməkdaşlığının uzun tarixə malik olduğunu və son illərdə daha sıx əməkdaşlıq etdiklərini qeyd edib.
Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev səmimi qəbula görə təşəkkür edərək bildirib ki, yüksək səviyyəli müntəzəm və səmərəli dialoq sayəsində Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxsahəli əməkdaşlıq münasibətləri bütün istiqamətlər üzrə dinamik inkişaf edir, dövlət başçılarının qarşılıqlı səfərləri, çoxsaylı imzalanmış sənədlər buna gözəl əsas yaradır. O, kino sahəsində də əməkdaşlığın mühüm və vacib olduğunu vurğulayaraq, ötən illərdə bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Səfir yaranmış imkanlardan geniş istifadə edərək gələcəkdə Səfirlik tərəfindən birgə layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduğunu ifadə edib.
Tərəflər cari ilin sentyabr ayında Azərbaycan kinematoqrafçılarının Özbəkistanda keçiriləcək XV Beynəlxalq Daşkənd Kino Festivalında iştirakının təmin edilməsi, Festivala təqdim olunacaq Azərbaycan filmlərinin dublyajı, retro fimlərimizin nümayişi, Festival çərçivəsində “Azərbaycan kino günləri”nin keçirilməsi, qarşılıqlı olaraq hər iki ölkənin televiziya kanallarında qarşı tərəfin bədii filmlərinin nümayişi, filmlərin qarşılıqlı mübadiləsi, tərəflər arasında əməkdaşlığa dair yol xəritəsinin hazırlanması, Bakıda “Özbəkistan kino günləri”nin təşkili məsələləri, birgə layihələrin həyata keçirilməsi, habelə ötən il Bakıda keçirilən “Özbəkistan kino günləri”ndə nümayiş etdirilən “Əbədi dostluq və qardaşlıq”  sənədli filminin ikinci hissəsinin çəkilişinə dəstək  barədə razılığa gəliblər.
Görüşün sonunda kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduhalikov Hüseyn Quliyevə “Özbəkistan kinematoqrafiyası” adlı kitabı, Hüseyn Quliyev isə Agentliyin direktoruna "Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib.
Qonaqlar üçün “Özbəkfilm” pavilyonlarına xüsusi ekskursiya təşkil olunub. Qonaqlar son illər yaradılan şərait “Özbəkfilm” üçün təşkil olunan və müxtəlif tarixi filmlərin çəkilişi üçün istifadə edilən dekorasiya və avadanlıqlarla tanış olublar.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com